9876 nəfər əhalisi olan Qazax rayonunun Daş Salahlı kənd sakinləri, kənddə xəstəxananın olmamasından əziyyət çəkdiklərini və xəstəxananın yenidən bərpa edilməsini tələb edirlər. Sakinlər xəstələrini vaxtında rayon mərkəzinə apara bilmədiklərindən də şikayətlənirlər. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun ən böyük kəndi olan Daş Salahlıda həmçinin bir neçə böyük şirkətlərin, müəssisə və karxanaların fəliyyətini də nəzərə alsaq, burada məntəqənin yox, xəstəxananın olmaması vacibdir. Həkim məntəqəsinin baş həkimi Lətif Səttərov isə sakinlərin şikayətkərinin haqlı olduğunu, rayonun ən böyük kəndində xəstəxananın ləğv edilməsinin düzgün olmadığını bildirib. Baş həkim həmçinin vaxtlı-vaxtsız sakinlər tərəfindən tez-tez evindən çağrıldığından narahat olduğunu və fiziki cəhətdən bütün xəstələrə nəzarət edə bilmədiyini də dilə gətirib. Lətif Səttərov həmçinin Yaponiya səfirliyi tərəfindən kənddə yeni, müasir tipli tibb məntəqəsinin də tikildiyini və bu ilin yekununda sakinlərin istifadəsinə veriləcəyini bildirib. Sakinlərin və tibb işçilərinin ən böyük arzusu isə rayonun qəsəbə tipli kəndi olan Daş Salahlıda həkim məntəqəsi də olsa, ən azı ümumilikdə 20 çarpayılıq stasionar şöbənin olmasıdır.
Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB