41 ildir qırmızı köynək geyinir
Bu da Vətən bayrağına sayqı

41 ildir yalnız qırmızı köynək geyinən kişinin bu rəng seçiminin maraqlı səbəbi var. Türkiyənin Bartın bölgəsindəki Çiftlik kəndində yaşayan 61 yaşlı Halil Öztürk kiçik yaşlarında olunduğu cərrahi əməliyyatdan sonra ayağında yaranmış problemə görə hərbi xidmət keçməyib.

Əsgərliyə gedə bilmədiyi üçün Türkiyə bayrağına sevgisini göstərmək istəyən H.Öztürk bu səbəbdən qırmızı köynək geyinməyə qərar verib.

Evində 50-dən çox qırmızı köynək olan H.Öztürk artıq 41 ildir, o köynəklərdən istifadə edir:

"Təqribən 41 ildir, qırmızı köynək geyinirəm. Bartında tanışlardan başqa heç kəs adımı bilmir – siyasətçilər, məmurlar məni "qırmızı köynəkli" kimi tanıyırlar. Bundan narahat olmuram".

H.Öztürk 48 yaşında evləndiyini və bəylik köynəyinin də qırmızı olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə