Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları Lənkəranda avtonəqliyyat vasitələrinin istismarı və yol hərəkəti qaydalarını pozan sürücüləri aşkar etmək məqsədilə reyd keçirib. SİA-nın Cənub bürosunun məlumatına görə, rayonun Nərimanabad qəsəbəsi ərazisində baş tutan reyd zamanı 70-dən çox sürücü saxlanılıb. Reyd zamanı həmçinin yol hərəkəti qaydalarını pozan, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən və avtomobilin konstruksiyasına dəyşiklik edən sürücülər də aşkarlanıb. Onlara qarşı inzibati qaydada protokollar tərtib olunub.
Sərrraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB