Ötən gün axşam saatlarında Daşkəsəndə 25 yaşlı Ağdam rayon Mərzili kənd sakini, Ceyhun Quliyevi ildırım vurub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən at üstündə qoyunlarını otaran çoban hadisə nəticəsində atdan yerə yıxılıb. Müxtəlif bədən xəsarətləri alan Ceyhun Quliyev yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsi nəticəsində sol çiyin qurşağının əziyi diaqnozu ilə Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu nəzərə alınaraq reanimasiya şöbəsinə köçürülüb. Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB