Quba turizmi günü-gündən inkişaf edir

Quba turizmi günü-gündən inkişaf edir

Hər il olduğu kimi, bu il də Qubada olan obyektlər turistlərə daha yaxşı xidmət göstərir. Qiymətlərlə yanaşı xidmət də keçən illə nisbətdə daha fərqlidir. SİA-nın bölgə müxbiri Qubada olan bir sıra tanınmış turizm obyektlərində qiymətlərlə maraqlanıb. Ortaya çox maraqlı məqamlar çıxıb. Belə ki, burada 2 nəfərin gecələməsi 50-60 manat civarındadır ki, bu məbləğlə görə səhər yeməyi, hovuz, tennis və diskobardan istifadə etmək mümkündür. Qubanın səfalı sıx meşəsi ilə fərqlənən meşə turizmində də qiymətlərin və xidmətin necə olduğunu öyrənməyə çalışdıq. Turizm rəsmisi olan Kamil Vələmmədov bildirdi ki, qiymətlər burada daha ucuzdur. "Qeyd edim ki, bəzi turizm obyektləri qiymətləri qaldırıb.Qiymətlərə və xidmətə gəldikdə isə sərfəli yerlər çoxluq təşkil edir. Ancaq qiymət fərqi hiss olunur."

Qeyd edək ki, bir çox turizm obyektlərində isə qiymətlərdə 20% endirim edilib. Ancaq turistlərin əksəriyyəti çadır turizminə üstünlük verir ki, bu da turizm obyektlərinin qiymətlərinin baha olmasından xəbər verir. Araşdırmamız zamanı məlum oldu ki, bir sıra turizm obyektlərində həftə sonu ilə həftə arasında qiymətlərdə 10-15 % fərq var. 2 nəfərlik gecələmə burada 40 manat, 4 nəfərlik isə 60 manat məbləğində müəyyən olunur. Turistlər də qiymətlərin baha olduğundan şikayətlənir.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə