Lənkəran rayon sakini bankda saxta əskinasları dəyişdirmək istəyərkən saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyulun 13-də "Kapital" bankın Lənkəran rayon filialına gəlmiş Tutapeşdə kənd sakini Zülfiyyə Əliyeva 2 ədəd saxta 50 manatlıq əskinası dəyişdirmək istəyərkən Lənkəran Rayon Mühafizə Şöbəsinin əməkdaşı tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB