Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə keçirilən "TGT-lərdə Sağlamlıq Klublarının Yaradılması" layihəsinin bağlanış mərasimi baş tutub. SİA-nın məlumatına görə, bağlanış mərasimində rəsmi qonaqlar, ATGTİ nümayəndələri və üzvləri ilə yanaşı sağlamlıq klubları yaradılan TGT sədrləri və təlim iştirakçıları da iştirak ediblər.
Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqının sədri Şahin İsmayılov çıxışında qeyd etdib ki: "TGT-lərdə Sağlamlıq Klublarının Yaradılması" layihəsinin əsas məqsədi tələbələrə ilkin sağlamlıq vərdişlərinin öyrədilməsi, ümumən tələbələrin tibbi biliklərinin artırılması idi.
Xatırladaq ki, layihə çərçivəsində ümumilikdə 10 ali təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatında Sağlamlıq Klubları yaradılıb və həmin TGT-lərin 300-dən çox tələbəsinə "Sağlam həyat tərzi", "Düzgün qidalanma", "Zərərli vərdişlər" və "İlkin tibbi yardım" təlimləri keçirilib.
Tələbələrə sağlamlıq haqqında informasiyanın interaktiv çatdırılması üçün yuxarıda qeyd edilmiş mövzular üzrə bütün məlumatlar disk və kitabça şəklində toplanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB