Tovuzun düşmənlə təmas xətində yerləşən Əlibəyli kəndində düşmənin atdığı iri çaplı mərminin qəlpəsi ikisi azyaşlı olmaqla, 3 nəfəri yaralayıb. Mənfur qonşularımız görünür hələ də bəd niyyətlərindən əl çəkməyərək, dinc sakinləri və azyaşlı uşaqları hədəf seçir. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, yaralılar dərhal Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Zərərçəkənlərin və qonşuların sözlərinə görə, həyətdə olarkən qəfildən açılan atəş 12 yaşlı Nərminə, onun 8 yaşlı qardaşı Tuncay Xanbabayevə və 44 yaşlı Durdanə Nağıyevaya dəyib. İri çaplı silahdan açılan atəş zamanı həyətə düşən mərminin qəlpələri azyaşlıların və 44 yaşlı kənd sakininin müxtəlif nahiyələrini yaralayıb. Hazırda Xəstəxanada müalicə alan zərərçəkənlərin vəziyyətini həkimlər kafi qiymətləndirir.
Qeyd edək ki, 12 yaşlı Nərmin və 8 yaşlı Tuncay Xanbabayevlər bir neçə gündür ki, düşmənlə sərhəd olan Əlibəyli kəndinə qonaq gediblərmiş.
Kamran Əskiparalı


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB