İsti yay günlərində Qərb rayonlarında yeniyetmə və gənclər sərinlənmək üçün nəzarətsiz, antisanitar vəziyyətdə olan çimərliklərdən istifadə edirlər. Nəticəsi isə azyaşlılarda bir sıra dəri xəstəliklərinin yaranmasına səbəb olur. Yaranmış bu problem aidiyyatı qrumları narahat etmir. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Ağstafa və Qazax rayonunda yeniyetmə və gənclər əsasən mənbəyini Ermənistadan götürən Ağstafçay və Kür çayından çimərlik məqsədi ilə istifadə edirlər. Antisanitar vəziyyətdə olan çimərlikliklərdə çimən uşaqlarda bir sıra dəri xəstəliklərinin yaranmasına baxmayaraq, onlar yenə də sərinlənmək məqsədi ilə həmin çaylarda düzəltdikləri gölməçələrdən çimərlik məqsədi ilə istifadə edirlər. Məcburiyyət qarşısında çirkablı çimərliklərdən istifadə etdiklərini deyən uşaqların isə ən böyük arzusu rayon ərazisində təmiz çimərliklərin olmasıdır.
Məsələ ilə bağlı açıqlama verən Qazax rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəsmisi Sərhəd Məmmədov bu cür çimərliklərin uşaqlar üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib.
Kamran Əskiparali





.png)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB