Koreyanın ölkəmizdəki səfiri Lənkəranda olub

FOTOLAR
Koreyanın ölkəmizdəki səfiri Lənkəranda olub

Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in Lənkəranda səfərdə olub. SİA-nın Cənub bürosunun məlumatına görə, səfiri Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov qəbul edib. Görüş zamanı İ.Dadaşov Lənkəranın sosial-iqtisadi, mədəni həyatında son illər baş verən yeniliklər barədə səfirə məlumat verib. Çoi Suk-in isə Lənkəran barədə əvvəllər qiyabi bilgiyə malik olduğunu, bu gün isə bu əsrarəngiz diyara qonaq gəlməsindən məmnunluq hissi duyduğunu bildirib. Koreyada olduğu kimi, Lənkəranda da çəltikçiliyin inkişaf etdirildiyi qeyd olunub. Görüşdə həmçinin Lənkəranla Koreyanın iqtisadi əlaqələrinin yaradılması, Lənkəran və Koreyanın şəhərlərindən birinin qardaşlaşması məsələsi də müzakirə edilib.

Görüşün sonunda səfir Çoi Suk-inə Lənkəran sənətkarlarının əl ilə toxuduqları xalça hədiyyə olunub.

Qeyd edək ki, səfir Çoi Suk-in Lənkəranda səfərdə olduğu müddətdə rayonun gəzməli-görməli yerlərini gəzib, Heydər Əliyev Muzeyinin eksponatları ilə yaxından tanış olub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə