“Science Activity-2015” yay məktəbi yekunlaşdı

FOTOLAR
“Science Activity-2015” yay məktəbi yekunlaşdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında AMEA Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin (İƏEPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin təşkilatçılığı ilə təşkil olunan "Science Activity-2015" yay məktəbi yekunlaşdı. SİA-nın xəbərinə görə, Mətbuat Şurasının Onlayn Media departamentinin rəhbəri Ellada Mustafayeva "Sosial media: ənənəvi medianın online mediaya inteqrasiyası" mövzusunda məruzə edib. Məruzəçi ənənəvi mətbuatın keçdiyi tarixi yola nəzər salıb və bəzi faktları sadalayıb: "Ənənəvi media dedikdə isə qəzet, jurnal, radio və televiziyalar nəzərdə tutulur. Ancaq onlayn medianın inkişafı ilə əlaqədar insanlar əvvəllər bu sahələrdən əldə etdiklərini artıq internet vasitəsi ilə daha dolğun və operativ əldə edirlər. Digər tərəfdən, əgər əvvəllər insanlar 20-40 qəpik verib qəzet alırdılarsa, bu gün artıq internetə daxil olmaqla bu orqanları daha yaxşı izləyə bilərlər. Əgər hansısa bir qəzeti çap variantında 100 nəfər alaraq izləyirdisə, indi onlayn vasitəsi iə 100 min nəfər izləyir. Bu da həmin orqana müsbət təsir edir. Düzdür, bunun maddi tərəfi də var, bu da ayrı bir mövzudur". Ötən ay Azərbaycanda keçirilən I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən bəhs edən MŞ-nın nümayəndəsi qeyd edib ki, bu yarışlarla bağlı bağlı "Twitter" şəbəkəsində yaradılan "Baku-2015" haştaqı ön sıralara çıxdı: "Bu haştaqın dünya trendinə çıxması ölkəmiz üçün çox müsbət oldu". Təlimçi qeyd edib ki, online medianın inkişafı vizual kontentə də təsir edir: "Biz həmin sujetlərin yayımı zamanı bu şəbəkədən geniş istifadə edirik. Həm də bu gün jurnalistin paylaşdığı video-sujet bir anda bir neçə min, milyon dəfə baxılmaq gücünə malikdir. Çünki, insanların çoxu video-sujetlərə daha çox üstünlük verirlər. Canlı yayım buraxılışı zamanı da "YouTube" saytından istifadə edə bilərik. Bu da bizə istənilən mövzuda hazırlanan çəkilişləri və tədbirləri canlı yayımlamağa imkan verir". Sosial medianın imkanları barədə danışan təlimçı əlavə edib ki, bu gün ölkədə çox sayda bloqlar və forumlar fəaliyyyət göstərir: "Ancaq təcrübəli bloggerlər, yazarlar çox azdır. Bir çox ölkələrdə, həmçinin Rusiyada isə bu sahədə ixtisaslaşmış insanlar çoxdur. Düşünürəm ki, Azərbaycanda bu sahədə ixtisaslaşmış bloggerlərin sayının çoxalmasına böyük ehtiyac var. Sosial şəbəkənin əsas şərtlərindən biri də verəcəyin məlumatın dürüst və doğruluğuna şübhə edilməməsidir".

Qeyd edək ki, təlimin sonunda, AMEA Rəyasət Heyəti tərəfindən jurnalistlərə sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə