Qərb rayonlarında artıq taxıl biçini başa çatmaq üzrədir. Bu il taxılçılıq və toxumçuluqla məşğul olan fermerlər kifayət qədər məhsul əldə etdiklərini bildirsə də, Qazax rayonunda taxılçılıqla məşğul olan fermer Elxan Cürənliyə məxsus 35 hektardan artıq taxıl sahəsinin yanması, toxumçuluq sahəsinə xeyli miqdarda ziyan vurub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, bu il havaların yağmurlu keçməsi taxılçılıqda məhsulldarlığı xeyli artırıb.
Orta hesabla hər hektardan 40 sentner məhsul götürən fermerin sözlərinə görə, bu il suvarlan sahələrdən 50-60 sentner məhsul götürülüb. Qazax rayon Daş Salahlı toxumçuluq təsərrüfatının müdiri Asif Yusibovun sözlərinə görə, Qazaxda suvarma suyu ilə bağlı problemin yaranması, vaxtında taxılın suvarılmaması ilə nəticələnib ki, bu da məhsuldarlığı xeyli azaldıb. Əgər su problemi olmasa hər bir hektardan 70-80 sentner məhsulun götürülməsinin mümkün olduğunu deyən fermer rayonda yaranmış suvarma suyu ilə bağlı problemin kənd təsərüfatının inkişafına ciddi ziyan vurduğunu da bildirib. Fermer Türkiyədən gətirilmiş avadanlıq vasitəsi ilə toxlumluq üçün yararlı taxılın seçilərək yığıldığını, biçin zamanı həmin toxumu torpağa yenidən səpdiklərini və əkinçiliklə məşğul olan sakinlərə də satıldığını bildirib.
Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB