Qərb bölgəsində xəstələrin sayı stabildir

Qərb bölgəsində xəstələrin sayı stabildir

Ölkənin qərb bölgəsində talessemiya və hemofiliya xəstələrinin sayı stabil qalıb. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə Regional Qan Bankının müdiri Tahirə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, bölgədə təqribən 300 nəfər bu xəstəlikdən əziyyət çəkir. Ölkə üzrə isə bu rəqəm 3 minə yaxındır. Bundan əlavə gənclərin evlənmədən öncə tibbi yoxlamadan keçməsi prosesi də davam edir. Son bir ay ərzində 300-ə yaxın şəxs, başqa sözlə desək 170-dən artıq cütlük irsi qan xəstəliyinin yoxlanılması üçün analizlər verib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə