Azərbaycanın Misirdəki səfirliyi iftar süfrəsi təşkil edib

Azərbaycanın Misirdəki səfirliyi iftar süfrəsi təşkil edib

Azərbaycanın Misirdəki səfirliyi mübarək Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib. İftar süfrəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, "Əl-Əhram", "Əl-Cumhuriyyə", "Əl-Masr Əl-Yaum", "Əl-Məsai", "Ruzəl-Yusuf", "Hürriyyət" kimi nüfuzlu qəzetlərin təsisçiləri, baş redaktorları, Qəlubiyyə və Cənubi-Sinay əyalətlərinin qubernatoru və nümayəndələri, dövlət qurumlarının rəsmiləri, Ərəb Dövlətləri Liqasının təmsilçiləri, tanınmış ictimai-siyasi xadimlər, iş adamları, nüfuzlu universitetlərinin professorları iştirak ediblər.

Tədbir zamanı zalda quraşdırılmış televizorlar vasitəsilə "Bakı-2015" İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri nümayiş etdirilib.

Xatırladaq ki, səfirlik tərəfindən iyulun 2-də Misirin KİV nümayəndələri üçün də ayrıca iftar süfrəsi təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə