“Science Activity-2015” adlı Yay məktəbi təşkil olunub

“Science Activity-2015” adlı Yay məktəbi təşkil olunub

Şamaxı Astrofizika Rəsədxanasında "Azərbaycan Milli Elmlər Akademiyasının sosial siyasət və təbliğat kampaniyası-2015" layihəsi çərçivəsində "Science Activity-2015" adlı Yay məktəbi təşkil olunub.SİA-nın xəbərinə görə, layihənin əsas məqsədi, AMEA-nın və elmin kütləvi təbliği işində səmərəliliyi artırmaqdır. Layihədə akademiya ilə əməkdaşlıq edən jurnalistlərin bu işə daha da stimullaşdırılmasını nəzərdə tutulub.

Qeyd edək ki, tədbiri AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi təşkil edib. Yay məktəbi öz işini iki gün davam edecək. Sabah isə yay məktəbinin ikinci günündə iştirak edən jurnalistlərin SERTİFİKATLA mükafatlandırılması nəzərdə tutulur.

Tədbir davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə