Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının və Dövlət Qulluğu sahəsində Regional Xabın birgə təşkilatçılığı ilə "Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçısı olan 25 ölkənin dövlət qulluğu sahəsində ixtisaslaşmış qurumlarının və təlim mərkəzlərinin rəhbər vəzifəli şəxsləri və nümayəndələri iyulun 10-da Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdiblər. SİA-nın xəbərinə görə, qonaqlar Ulu Öndərin məzarı önünə çiçəklər qoyub, onun xatirəsini böyük ehtiramla yad ediblər. Sonra qonaqlar Şəhidlər xiyabanında olmuş Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını və onların xatirəsinə ucaldılmış "Əbədi Məşəl" abidə kompleksini ziyarət ediblər.
Qeyd edək ki, konfrans Avropa İttifaqı tərəfindən maliyyələşən, BMT-nin İnkişaf Proqramı və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilən "Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək" layihəsi çərçivəsində keçirilir.
Konfransın keçirilməsində əsas məqsəd dövlət idarəçiliyi sistemində aparılan islahatlar nəticəsində dövlət qulluqçularının peşəkarlığının artırılması sahəsində əldə olunan təcrübənin mübadilə edilməsidir.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB