AMEA jurnalistlər üçün yay məktəbi keçirəcək

AMEA jurnalistlər üçün yay məktəbi keçirəcək

İyulun 10-11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin təşkilatçılığı ilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında "Science Activity-2015" adlı yay məktəbi keçiriləcək.

Akademiyadan bildiriblər ki, "Azərbaycan Milli Elmlər Akademiyasının sosial siyasət və təbliğat kampaniyası-2015" layihəsi çərçivəsində təşkil olunan tədbirin məqsədi AMEA-nın və elmin kütləvi təbliği işində səmərəliliyi artırmaq, həmçinin akademiya ilə əməkdaşlıq edən jurnalistlərin bu işə daha da stimullaşdır. Sonda yay məktəbində iştirak edən jurnalistlərə sertifikat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə