Latviya vətəndaşı Qusarda yük maşını ilə qəza törətdi

FOTOLAR
Latviya vətəndaşı Qusarda yük maşını ilə qəza törətdi

Qusarda yük maşını qəza törədib. İrandan Azərbaycan ərazisinə gələn yük maşını yoldan çıxaraq 2 qovaq ağacını yerindən qoparıb. Latviya vətəndaşı Mişa Yekcenarak bildirib ki, qəza bir anlıq olub. Gözünü açanda görüb ki, ağaclara girib. Hadisədən sonra əraziyə nəzarət edən polis inspektoru Faiq Cigərxanov bildirib ki, sürücü yuxulu olub. İdarəetməni itirib və yoldan çıxıb. Araşdırma zamanı sürücünün Latviyadan İrana yük gətirdiyi və ordan da Rusiya Federasiyasına gedəcəyi məlum olub.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə