Mehriban Abasquliyeva: "14 iyul 1969-cu il - Azərbaycanın milli dövlətçilik tarixində dönüş nöqtəsidir"

Mehriban Abasquliyeva: "14 iyul 1969-cu il - Azərbaycanın milli dövlətçilik tarixində dönüş nöqtəsidir"

"14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür - Azərbaycanın milli dövlətçilik tarixində dönüş nöqtəsidir. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu". Bu fikirləri Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva SİA-ya verdiyi açıqlamasında bildirib.

M.Abasquliyeva onu da vurğulayıb ki, Dahi Lider Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təbiətdən gələn təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarının problemlərin həllinə yönəltməyə imkan verdi. "1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan keçmiş ittifaqın ən geridə qalmış respublikası idisə, 1971-ci ildə Azərbaycan inkişafın tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi: "Çox qısa zamanda ölkənin mənəvi-psixoloji iqlimini, insanların ölkəyə və rəhbərliyə münasbətini dəyişmədən bu kimi yenilikləri əldə etmək mümkün olmazdı. Ulu Öndər Heydər Əliyevin 46 il bundan əvvəl Azərbaycana rəhbər seçilməsi hərtərəfli inkişafına zəmin yaratdı. Həmişə zaman böyük tarixi şəxsiyyətlərə ehtiyac duyub. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə xalqın bu ehtiyacı özünü qabarıq şəkildə büruzə verib. Hələ Ümummilli Liderin hakimiyyətinin birinci dövründə görülən işlərin ondan sonra baş verəcək dəyişikliklər üçün nə dərəcədə zərurət olduğu aydın idi. Azərbaycan 1990-cı illərin əvvllərində fəlakət astanasında olanda, yenə də xalqın çağırışına səs verən Ulu Öndər Heydər Əliyev tarixi missiyasını yerinə yetirmiş oldu. 1969-cu ildə əsası qoyulan yol, konsepsiya, müəyyənləşdirilən siyasət Azərbaycana xidmət edir və bu siyasətin bundan sonra da davam edəcəyi şübhəsizdir".

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə