İlk olaraq yay fəslində ölkəmizdə qida zəhərlənməsi ilə bağlı vəziyyəti öyrənmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Qədirliyə müraciət etdik.

Anar Qədirli qeyd edib ki, hazırda Azərbaycanda qida zəhərlənməsi ilə bağlı vəziyyət narahatedici deyil: "2015-ci ilin 6 ayı ərzində respublika ərazisində 331 qida zəhərlənməsi hadisələri qeydə alınıb ki, bu da keçən ilin müvafiq dövrü ərzində baş vermiş 521 hadisəyə nisbətən 36,5 % azalma deməkdir. 2015-ci ilin 6 ayı ərzində 418 nəfər, keçən ilin müvafiq dövründə isə 577 nəfər zərəçəkən qeydə alınıb. Bu da 27,7% azalmadır. Bundan başqa ölkə üzrə 14 nəfər (2014-cü ilin müvafiq dövründə 17 nəfər) botulizm ilə xəstələnib. Botulizm xəstəliyinin başvermə səbəbləri isə ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub".
Yay aylarında meyvə-tərəvəzdən zəhərlənmə hallarının qarşısını almaq üçün hansı tədbirlərin görülməli olduğunu həkim terapevdən öyrəndik.
Həkim qeyd etdi ki, qida zəhərlənmələri əsasən ev şəraitində baş verir: "Qidaların saxlanması çox ciddi rejim tələb edir. Bunlara əməl olunmadıqda zəhərlənmələr baş verir. Yayda orqanizmin suya tələbatı artdığı üçün maye qəbuluna daha çox üstünlük veririk. Bunun da əsas hissəsini meyvə-tərəvəz vasitəsilə orqanizmimizə daxil edirik ki, burada əsas rol qarpızdadır. Hesab edirəm ki, ilk növbədə meyvə-tərəvəz təzə halda qəbul edilməlidir. Meyvə-tərəvəz məhsulları mütləq gur su altında təmiz yuyulmalı, daha sonra tükətilməlidir. Bu zaman zəhərlənmənin qarşısını almağa nail ola bilərik. Bundan başqa yayda ət, balıq, tərəvəz konservləri zəhərlənmələrə daha çox səbəb olur. Bu məhsullarda botulinium adlı bakteriya var, hansı ki, onun ifraz etdiyi ektotoksin olduqca toksiki əhəmiyyətə malikdir. Belə zəhərlənmələr qidalanmadan 20-30 saat sonra ortaya çıxdığı üçün mədə-bağırsaq yuyulması heç bir təsir etmir. Deyərdim ki, qida zəhərlənmələri arasında botulinus zəhərlənməsi çox ağırdır. Erkən dövrdə bulanma, qusma, qarın ağrısı və ishal göründüyü üçün bu, digər xəstəliklərlə qarışdırılır. Belə zəhərlənmələrdən daha çox yaşlı nəslin nümayəndələri dünyasını dəyişir. Qida zəhərlənmələri arasında bakterial qida zəhərlənmələri də geniş yayılıb. Bu da daha çox heyvan mənşəli qidalardan olur. Bu toksinlər daha çox isti otaqda törəyir. Zəhərlənmənin əsas əlaməti mədə- bağırsaq pozuntusudur. Qusma, şiddətli ishal, qarın ağrıları, halsızlıq, başgicəllənməsi, əzələ tutulması zəhərlənmənin əlamətidir".
Bazarlarda, mağazalarda ərzaqların saxlanma şəraiti ilə yaxından tanış olan, mütəmadi monitorinqlər keçirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, bazarlarda satılan şorabaların keyfiyyəti həmin bazarın həkim-ekspertləri tərəfindən yoxlanılmalıdır:

"Bundan sonra onun satışına icazədə birbaşa həmin ekspertlər məsuliyyət daşıyır. Düzgün rəyin verilməməsi bir ailənin məhvinə səbəb ola bilər ki, bununla bağlı dəfələrlə monitorinqlər aparıb nəticələri barədə məlumat vermişik. Qarpız zəhərlənməsinə gəlincə burada əsas rolu qarpızın düzgün yetiştirilməməsi oynayır. Suni kübrənin verilməsi ilə zəhərlənmənin əsasını qoyurlar. İnsan gün ərzində 300 milliqram nitrit qəbul etsə (yəni qarpızın tərkibindəki maddəni) bu norma sayılır. Yox əgər bundan çox nitrit qəbul etsə, onda zəhərlənmədən qaça bilməz. Onu da qeyd edim ki, qarpızın qarpızın tərkibində 250 milliqramdan artıq nitrat olmamalıdır, əks halda, məhsul istifadəyə yararsız hesab edilir. Son illər aparılan müşahidələr bunun bir neçə dəfə artıq olduğunu göstərir. İnsanlar may və iyun aylarında bostan meyvələri olan qarpız və yemişdən istifadə edərkən diqqətli olmalıdrılar".

Araşdırmamızın nəticəsində belə qənaətə gəldik ki, qida zəhərlənmələrinin qarşısının alınmasında təkcə sanitar orqanları deyil, bilavasitə özümüz də böyük rol oynayırıq. Hər bir fərd aldığı ərzaqlara diqqət yetirsə, tərkibini və ən əsası buraxılış tarixini nəzərdən keçirsə, saniatariya cəhətdən saxlanmasına fikir versə bu kimi halların qarşısını ala bilər. Gəlin sağlamlığımıza fikir verək!
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



