Tovuzda qeyri-adi qəza baş verib Şəhərin bir hissəsi elektirik enerjisiz qaldı
Tovuzda ağır həm də, qeyri-adi qəza baş verib. Rayonun Heydər Əliyev prospektində, 4 yol ayrıcında qeydə alınan hadisə zamanı işıqforun qırmızı işığını gözləmədən yüksək sürətlə hərəkət edən "Mersedes" markalı avtomobil əvvəlcə "Vaz 2106" markalı avtomobilə dəyib daha sonra isə yol kənarında olan 3 ədəd elektirik dirəyini aşırıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, nəticədə şəhərin bir hissəsi elektirik enerjisiz qalıb. Zərbənin təsirindən "Mersedes" markalı avtomobil çevrilib, bu zaman beton dirək naqillərlə birgə maşının üstünə düşüb. Yüksək gərginlikli xətt xoşbəxtlikdən avtobildə yanğına, partlayışa səbəb olmayıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza törədən avtomobildə 2-3 nəfər olub ki,onlar Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Müxtəlif bədən xəsarətləri alan 22 yaşlı İlqar Məmmədov və 25 yaşlı Elvin Nəsirova ilk tibbi yardım göstərildikdən sonra onlar tibb ocağında qalmaqdan imtina ediblər.
Faktla bağlı araşadırmalara başlanılıb.
Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB