Əcəxurobaya qaz verildi

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri "mavi yanacaq"la təmin olunur. Qusar rayonunun kəndlərinin qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan diqqətəlayiqdir. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, iyulun 9-da rayonun Əcəxuroba kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 63 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 2600 metr olan polietilen və 5700 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 63 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tədbirdə çıxış edən kənd camaatı və ictimaiyyət nümayəndələri Əcəxuroba kəndinə ilk dəfə qazın verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə