33 yaşlı kişini ilan sancıb

Tovuzun Aşağı Quşçu kəndində 33 yaşlı Elbrus Abbasov sahədə olarkən qəfildən ilan onun ayaqına dolaşıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, sürünəndən canını qurtarmağa çalışan 33 yaşlı kişi onu öldürməyə cəhd etsə də zəhərli canlı, onun əlindən dişləməyə macal tapıb. Dərhal Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılan zərərçəkənə zəhər əlehinə vaksin vurulub. Həkimlər kənd sakinin vəziyyətinin kafi olduğunu bildirirlər.

Qeyd edək ki, son bir ayda regionda 10 nəfəri ilan sancıb ki, onlardan da 8-i Tovuz rayonun payına düşür. İlansancma halları əsasən insanlar sahələrdə işləyərkən baş verir.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə