Çimərliyə gedənlərə xoş xəbər! 39 dərəcə isti olacaq

Çimərliyə gedənlərə xoş xəbər! 39 dərəcə isti olacaq

İyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 34-39, dağlıq və dağətəyi rayonlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə