Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 32,6 min nikah və 5,3 min boşanma halları qeydə alınıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin hər 1 000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 7,9-dan 8,3-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.
Dövlət Statistika Komitəsi həmçinin ölkəmizə daimi yaşamağa gələnlərin sayını da açıqlayıb. Delə ki, Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən cari ilin 5 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1 034 nəfər gələn və 355 nəfər ölkədən gedən qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB