Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, qəza şəhərin Gülüstan qəsəbəsi ərazisində baş verib. İçərisində sərnişinlər olan "İSUZU" markalı avtobusla "VAZ 2107" markalı minik maşını toqquşub. Nəticədə VAZ markalı avtomobilin sürücüsü, 28 yaşlı Xaliq Yusifov xəsarət alıb və Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. İlkin ehtimala əsasən, qəzaya "VAZ 2107"-nin avtobusun yoluna çıxması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədzadə
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB