Bakıda beynəlxalq konfrans keçirilir

Bakıda beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda "Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuq" mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransda 25 ölkənin dövlət qulluğu sahəsində ixtisaslaşmış qurumlarının və təlim mərkəzlərinin rəhbər vəzifəli şəxsləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak edir.

Həmçinin Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı (UNDP) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Bakı ofislərinin rəhbərləri və əməkdaşları da tədbirə dəvət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə