Apostrof yenidən dilimizə qaytarılır?

Apostrof yenidən dilimizə qaytarılır?

Apostrofun yenidən dilimizə qaytarılması məsələsi aktuallaşıb.Bununla bağlı artıq müəyyən təkliflər də var. Təklif müəllifləri bunu Azərbaycan dilindən daha istifadə etmək zərurəti ilə izah edirlər.

Apostrof yenidən dilimizə qayıda bilər.

Sözlərdə buraxılan bəzi səsləri əvəzləmək üçün istifadə olunan bu işarənin bərpa edilməsi məsələsi yenidən aktuallaşıb. Bəzi dilçi alimlər apostrofun yenidən əlifbaya salınmasını təklif edirlər. Səbəb olaraq, bu durğu işarəsinin yığışdırılması ilə bəzi sözlərin mənalarının təhrif olunduğu göstərilir

Dilçi alim deyir ki, apostrofun olmaması məktəblərdə şagirdlərin klassik ədəbiyyatı anlamalarında, bəzi sözlərin hecalara ayrılmasında və sair səslərin uzadılmasında problemlər yaradır. Ancaq apastrofun olması sözün mənasını daha yaxşı başa düşülməsi, eləcə də ərəb sözlərinin düzgün intonasiyası üçün lazımdır.

İsmayıl Məmmədov deyir ki, dilimizdə sözlərin əksəriyyəti ərəb mənşəli olduğundan apostrofun yenidən əlifbaya salınmasına zərurət var.

Apostrofun bərpa olunması məsələsi Dövlət Dil Komissiyası və Elmi Şuranın birgə iclasında müzakirə olunacaq. Yalnız iclas iştirakçılarının əksəriyyəti təklifi qəbul edərsə, apostrof bərpa oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə