Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iyulun 30-da saat 10:00-da Xidmətin Zaqatala rayon şöbəsinin inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların iyulun 29-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB