Qadağan olunmuş ərazidə mühafizə postu yaradıldı

Qadağan olunmuş ərazidə mühafizə postu yaradıldı

Şüvəlan qəsəbəsində bədbəxt hadisələrin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) mühafizə postu yaradılıb. SİA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dəniz sahilində çimmək üçün qadağan olunmuş ərazidə bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə FHN tərəfindən mühafizə postu yaradılıb.

Mühafizəçilər adıçəkilən ərazidə çimməyin təhlükəli olması barədə vətəndaşları məlumatlandırıb və göstərilən əraziyə daxil olmalarının qarşısını alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə