Gənclər Tarix Muzeyində oldular FOTOLAR

Gənclər Tarix Muzeyində oldular FOTOLAR

Prezident yanında Gənclər Fondunun dəstəyi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə "Tariximizə Muzeylərin Gözü ilə Baxış" adlı layihəsi çəçivəsində AMEA Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya təşkil olunub. SİA-nın xəbərinə görə, ekskursiyada layihə iştirakçıları ilə yanaşı Prezident yanında Gənclər Fondunun əməkdaşı Vüsalə Niftəliyeva da iştirak edib. Təşkil olunan ekskursiya zamanı layihə iştirakçıları Azərbaycanın eramızdan əvvəldən indiyədək olan tarixi dövrü ilə və eləcə də xeyriyyəçi Hacı Zeynəlabdin Tağıyevin ev muzeyi ilə əyani şəkildə eksponatlar vasitəsilə tanış olublar. Ekskursiya gənclərə müsbət təəssürat bəxş edib.

"Tariximizə Muzeylərin Gözü ilə Baxış" layihəsinin əsas məqsədi muzeylərin mədəniyyətimizin əhəmiyyətli parçası olduğu fikrinə əsaslanaraq, gənclərimizdə muzeylərə olan marağın artırılmasına dəstək olmaqdır. Layihə rəhbəri Aytən Hüseynova qeyd etmişdir ki, layihənin icra planına uyğun olaraq daha bir neçə muzeylərə ekskursiya təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə