Milli Mətbuatımızın 140 illiyi Qəbələdə qeyd olundu YENİLƏNİB-FOTOLAR- VİDEO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncama uyğun olaraq bu gün Qəbələdə mətbuat nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə regional konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və mətbuat nümayəndələri öncə müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Konfransı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev açıb. Sonra sözü Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə verib.
Qonaqları və konfrans iştirakçılarını salamlayan Rayon İcra Hakimiyyətinin başçısı S.Abdullayev milli mətbuatın yubiley tədbirlərindən birinin məhz Qəbələ rayonunda keçirilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Son illər Qəbələ rayonunda aparılan abadlıq-quruculuq işlərindən söz açan icra başçısı Qəbələnin beynəlxalq yarışların keçirildiyi məkana çevrildiyini diqqətə çatdırıb. Qəbələ rayonunda aparılan quruculuq işlərinin mətbuatın diqqətindən də kənarda qalmadığını vurğulayan S. Abdullayev son illər mətbuatın inkişafı istiqamətində tədbirlərin də nəzərdən qaçmadığını söylədi.

Konfransda geniş məruzə ilə çıxış edən PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev mətbuatın keçdiyi yoldan, dövlətin mətbuata olan diqqət və qayğısından, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Ə.Mehdiyev bildirib ki, dövlətimiz müstəqil mətbuatımızın inkişafı, mətbuat qurumlarının maliyyə problemlərinin həlli sahəsində mərhələli fəaliyyət planı hazırlayıb və həyata keçirib.

Sonra "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu məruzə ilə çıxış edib. Baş redaktor Azərbaycan mətbuatının tarixindən danışıb, həmin dövrü geniş təhlil edərək "Əkinçi"nin milli ideyanın, milli şüurun inkişafında rolundan danışıb. H.Babaoğlu Azərbaycan dilinin yaşaması və formalaşmasında mətbuatın rolunu qeyd edib. Baş redaktor çıxışı zamanı diqqəti həm də müasir qəzetçilik və onun inkişafına yönəldib.

Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək öncə jurnalistləri Milli Mətbuatımızın 140 illiyi münasibətinə təbrik edib. Sonra icraçı direktor dövlətin mətbuata olan qayğısının bariz nümunəsi kimi KİVDF-nin yaradılmasını misal çəkib. V.Səfərli qeyd edib ki, dövlətimiz dünyada analoqu olmayan layihəni həyata keçirməklə jurnalistlərin sosial problemlərinin həllini, mənzil şəraitinin yaxşılaşdırılmasını öz üzərinə götürdü. Gələn il jurnalistər üçün inşa edilən binaya daha 256 mətbuat nümayəndəsi, mətbuat ailəsi köçəcək.

Tədbirin davamında çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın qloballaşan dünyada yeri, mövqeyi, qarşıda duran vəzifələri barəsində geniş danışıb. Ə.Amaşov həmçinin Mətbuat Şurasının fəaliyyətindən, dövlət və cəmiyyət arasında əlaqələrin daha da genişləndirilməsində xidmətindən danışıb.
Sonra bölgə rayonlarının icra başçılarının humanitar məsələlər üzrə müavinləri və regionda fəaliyyət göstərən qəzetlərin baş redaktorları çıxış edərək mətbuat-cəmiyyət münasibətlərindən danışıblar.
Tədbir müzakirələrlə davam edib.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev konfransa yekun vuraraq tədbir iştirakçılarına və Qəbələ rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
.jpg)







.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



