FOTOLAR
Aktyorumuz vəfat edib

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru Laçın Abbasov ötən gecə vəfat edib. Bu barədə teatrın baş rejissoru Mirbala Səlimli SİA-ya məlumat verib.

Onun sözlərinə görə, uzun müddətdir qaraciyər çatışmazlığından əziyyət çəkən aktyor 56 yaşında dünyasını dəyişib. L.Abbasov Şəkidə torpağa tapşırılıb.

Laçın Abbasov 1959-cu ildə Şəkidə anadan olub. 1980-ci ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrında həvəskar aktyor kimi fəaliyyətə başlayıb. Fasiləsiz işlədiyi 35 il ərzində bir çox yaddaqalan obrazlar yaradıb.

R.Əlizadənin "Dadaşbala əməliyyatı" komediyasında Maviməxluq, S.Vinnusun "Şah elə şahdır" pyesində – Şahbender, N.Hikmətin "Bayramın birinci günü" dramında – Əbdürrəhman, M.F.Axundovun "Mərdi-Xəsis Hacı Qara" komediyasında - Xəlil, Ə.Haqverdiyevin "Pəri cadu" dramında – Əcinnə, İ.Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" faciəsində - Aktyor obrazlarını qeyd etmək olar.

Allah rəhmət etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə