6 Azərbaycan vətəndaşının Ermənistan respublikasına qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə hokmü bir çox hüquqi mübahisələrə son qoydu. Avropa insan haqları məhkəməsinin qərarını şərh edən Xarici İşlər naziri Elmar Məmmədyarov "Azərtac"a müsahibəsində belə deyib. Nazir deyib ki, qərar Ermənistanın işğalçı olduğunu hüququ cəhətdən təsdiq edir.
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycanın Laçın rayonundan zorla qovulmuş altı Azərbaycan vətəndaşı tərəfindən qaldırılmış iddia ilə bağlı məhkəmə qərarı Ermənistanın əsassız iddialarını hüquqi cəhətdən rədd edib. Xarici İşlər naziri Elmar Məmmədyarov belə deyib. Onun sözlərinə görə bu kimi nüfuzlu beynəlxalq məhkəmə tərəfindən qəbul edilmiş bu qərarın əhəmiyyəti daha önəmlidir.
Qərarın 180-cı paraqrafında qeyd olunur ki, Ermənistan respublikası özünün hərbi mövcudluğu və hərbi ləvazimat və təcrübə təmin etməklə əsaslı şəkildə erkən günlərdən etibarən Dağlıq-Qarabağ münaqişəsinə cəlb olunub", "Onun hərbi dəstəyi sözügedən ərazilərin ələ keçirilməsi və onlar üzərində nəzarətin davam etdirilməsində həlledici amil olub və olmaqda davam edir", bundan əlavə qərar da münaqişənin məhz Qarabağın Ermənistana birləşdirilməsi çağırışları ilə başladığı da qeyd olunub.
Nazir bildirib ki, Ermənistanın iddialarının hüquqi cəhətdən əsassızlığı rəsmən sübuta yetirilib. Bundan əlavə Məhkəmənin Böyük Palatasının bu qərarı yekun qərardır və hüquqi öhdəlik yaradır. Bu qərarın icra olunmasına nəzarət etməli olan təsisatlanmış mexanizm mövcuddur. Belə çıxır ki, məcburi köçkünlərin hüquqlarının müdafiəsi Avropa şurası və onun orqanlarının gündəmində qalacaq. Bundan əlavə məhkəmənin qərarı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini də istiqamətləndirməlidir.
Nazir bildirib ki,əslində Avropa İnsan Haqları Məhkəməsinin verdiyi qərar Azərbaycanın münaqişənin həlli prosesindəki mövqeyinin hüquqi müstəvidə təsdiqidir. Belə ki hüququ pozulmuş iddiaçıların öz torpaqlarına qayıtması hökmdə əksini tapır. Bunun isə təhlükəsiz qaydada həyata keçirilməsi yalnız işğala son qoyulması və işğalçı hərbi birləşmənin həmin ərazini tərk etməsi ilə mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB