Gənclər həqiqi hərbi xidmətə yola salınıb

FOTOLAR
Gənclər həqiqi hərbi xidmətə yola salınıb

Bərdə rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. Çağırışçılar müqəddəs Quran və Azərbaycan Respublikasının Dövlət Bayrağının altından keçməklə hərbi xidmətə yola düşüblər. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, veteranların, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirak etdikləri tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin rəisi, polkovnik-leytenant Mətləb Murğuzov açıb. O bildirib ki, hərbi xidmət hər bir gənc üçün müqəddəs borcdur. Qurum rəsmisi çağırışçılara vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırıqlarını səylə yerinə yetirməyi tövsiyə edib.

Gənclərin valideynləri də övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını bildiriblər. Sonra Bərdə Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər ifa olunub.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə