Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Masallıda vətəndaş qəbulu keçirəcək. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 16 iyul 2015-ci il tarixində Masallı rayonunda növbəti vətəndaş qəbulu keçirəcək. Qəbulda Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi:
(02521) 5 22 63, (02524) 5 54 76, (02524) 5 10 80
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB