İcrasına 28 noyabr 2014-cü il tarixində başlanmış Avropa İttifaqı, BMT İnkişaf Proqramı və Dövlət Sərhəd Xidmətinin birgə həyata keçirdiyi "Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi" layihəsi çərçivəsində fəaliyyətlər ardıcıl olaraq davam edir. SİA-nın xəbərinə görə, məlum olduğu kimi bu layihənin əsas məqsədlərindən biri iki ölkə arasında mövcud quru sərhədin mühafizəsinin gücləndirilməsi istiqamətində əlaqələndirilmiş əməliyyatların keçirilməsi imkanlarının mümkünlüyünün öyrənilməsi və tətbiqidir.
Layihənin 2015-ci il üçün nəzərdə tutulmuş iş planına uyğun olaraq məhz bu mövzuya dair növbəti ikitərəfli təlim 7-9 iyul tarixlərində Bakıda "Kempinski Hotel Badamdar" da keçirilir.
"Quru sərhədin mühafizəsini təmin etmək üçün əlaqələndirilmiş əməliyyatlar" mövzusunda baş tutacaq təlimdə quru sərhəddə əlaqələndirilmiş əməliyyatların təşkili və nəzarətin həyata keçirilməsinə dair nəzəri biliklərin, hüquqi bazanın və müasir beynəlxalq təcrübənin müzakirəsi aparılacaq, həmin təcrübənin iki ölkə arasında tətbiqi imkanları araşdırılacaqdır. Seminar iştirakçıları həmçinin yaşıl sərhəddə əlaqələndirilmiş monitorinq prosedurları sahəsində qonşu dövlətlər ilə əməkdaşlıq təcrübələrinə nəzər yetirəcək, yerli əhalinin yaşıl sərhədin mühafizə məqsədləri üçün cəlb olunması metodları ilə tanış olacaqlar.
Tədbir layihə üzrə tərəfdaş olan İCMPD-nin (Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi) Avstriya və Sloveniyadan olan beynəlxalq ekspertləri tərəfindən aparılır. Tədbirdə Azərbaycan Respublikasının (DSX) və Gürcustanın aidiyyəti dövlət (Sərhəd və Patrul Polisi) qurumlarının nümayəndələri, BMT-nin İnkişaf Proqramının Azərbaycan və Gürcüstan Ofislərinin rəhbər səlahiyyətli şəxsləri, habelə Avropa İttiqafının Azərbaycan nümayəndiliyinin əməkdaşı iştirak edirlər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB