İyul ayının 9-da Xudat Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev tərəfindən Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərinin qəbulu keçiriləcək. DSX-nin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları iyul ayının 7-dək DSX-nin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.
Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Xudat şəhərində yerləşən Xudat Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB