Lənkəranda bol pomidor yetişdirilib

Lənkəranda açıq sahələrdən pomidor yığımına başlanıb. SİA-nın Cənub bürosunun məlumatına görə, havalar quraq keçsə də, düzgün aqrotexniki qulluq göstərilən sahələrdən bol və yüksək keyfiyyətli məhsul əldə edilib. Lənkəran bölgə təcrübə stansiyanın baş aqronomu Adil Məmmədov bildirib ki, aprel ayında açıq sahələrə köçürülən pomidor şitillərinə bu müddət ərzində davamlı aqrotexniki qulluq göstərilib. 4 dəfə becərmə, 4 dəfə suvarma və 2 dəfə ziyanvericilərə və xəstəliklərə qarşı aparılan dərmanlama öz bəhrəsini verib.

Qeyd edək ki, indi başlanan pomidor yığımı sentyabr ayına qədər davam edəcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə