“Bərabər hüquqlar üçün bərabər insanlar”

“Bərabər hüquqlar üçün bərabər insanlar”

11 iyul "Dünya Əhali Günü" ilə bağlı Ombudsman Cəlilabadda "Bərabər hüquqlar üçün bərabər insanlar" mövzusunda konfrans keçirib. Millət vəkilləri, nazirliklər, QHT və KİV nümayəndələrinin də iştirak etdiyi tədbirdə ölkəmizdə insan faktoru, onun inkişafı, hüquq və azadlıqlarının təmin edilməsi sahəsində görülən işlər təhlil olunub, qarşıda duran vəzifələrdən danışılıb.

Tədbirdə çıxış edən Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkəmizdə insan kapitalına yönəlik dövlət siyasəti haqqında məlumat verib.

Daha sonra "Bərabər hüquqlar üçün bərabər insanlar" mövzusunda məruzə edən Ombudsman Elmira Süleymanova ölkəmizdə insan hüquqları ilə bağlı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Milli Fəaliyyət proqramından söz açan natiq qeyd edib ki, ölkəmizdə insan amili mühüm məsələdir və onun üçün bərabər imkanlar yaradılıb.

Konfransda millət vəkilləri, müxtəlif Nazirlik nümayəndələri, qanunvericilik, hüquqlar və reallıqlar, fövqəladə halların nəticələrinin aradan qaldırılması, həssas təbəqədən olan insanların sosial müdafiəsi, ekoloji tarazlılıqla bağlı dövlət siyasəti haqqında məruzələrlə çıxışlar ediblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə