Dənizkənarı Bulvarda quruculuq və abadlıq işləri davam edir

FOTOLAR
Dənizkənarı Bulvarda quruculuq və abadlıq işləri davam edir

Yaxın vaxtlarda Bakı Ağ şəhər və Bayıl bulvarı yeni karusel və attraksionlarla əhalinin istifadəsinə veriləcək. Bundan başqa adı çəkilən ərazilərdə kafelər, restoranlar və müasir əyləncə mərkəzləri insanlara xidmət göstərəcək. Bu barədə SİA-ya Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

Onun sözlərinə görə, həm də yaxın vaxtlarda istifadəyə veriləcək 2 ədəd hündür 12 nəfər sərnişin tutumuna malik retro maşınlar istirahət edənlərə xidmət göstərəcək. Qurumun nümayəndəsi qeyd edib ki, bu yaxınlarda, həmçinin bütün bulvar ərazisində uşaqlar üçün nəzərdə tutulan pulsuz əyləncə aksiyaları bərpa ediləcək.

Xatırladaq ki, Dənizkənarı Milli Bulvar İdarəsi tərəfindən həyata keçirilən belə aksiyalar müxtəlif mövsümlərdə mütəmadi təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə