Tovuzlular su ilə sınağa çəkilir

Tovuzlular su ilə sınağa çəkilir

Tovuzun bir neçə kəndi isti yaya günlərində suvarma və içməli suyun olmamasından əziyyət çəkirlər. Millət vəkili Qənirə Paşayeva da problemin həlli üçün sakinlərin yanında olub, vəziyyətdən çıxış yolu üçün elə yerindəcə bir sıra tədbirlər görüb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun İbrahim Hacılı kəndində isə sakinlər içməli su ilə yanaşı, suvarma suyunun olmamasından da çətinlik çəkir. Hətta özləri üçün pul ilə aldıqları içməli suyun bir qisimini heyvanlarına da verdiklərini bildirən sakinlər kənddə suvarma suyu ilə bağlı problemin sovetlər dönəmindən sonra başladığını və bu günədək öz həllini tapmadığını bildiriblər. Yaranmış problemlə bağlı Tovuz sub arteziyan quyusunun və suvarma sistemləri idarəsinin rəsmiləri məsələyə aydınlıq gətirib. Hər iki qurum rəsmisi bu problemi son günlər havaların həddən artıq isti keçməsi ilə əlaqələndirib.

Yaranmış problemlə bağlı məsələyə aydınlıq gətirməkdən imtina edən idarə rəisi Arif İsmayılov "Biz sizə açıqlama verə bilmərik"- deyərək, müsahibədən imtina edib.

Millət vəkili Qənirə Paşayeva da yaranmış problemlə bağlı məsələyə aydınlıq gətirib və həmin problemlərin yaxın illərdə öz həllini tapacağını deyib.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə