Qızıl medalın sahibi özünə yeni avtomobil aldı FOTO

Qızıl medalın sahibi özünə yeni avtomobil aldı FOTO

Bakı 2015 I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran Ayxan Tağızadə özünə yeni avtomobil alıb. SİA-nın məlumatına görə, taekvondo üzrə kişilər arasında 68 kiloqram çəkidə qızıl medalın sahibi bunu öz "İnstagram" səhifəsində paylaşıb.

Qeyd edək ki, "Dodge" markalı maşının fotosunu paylaşan Ayxanın avtomobili hansı qiymətə aldığı məlum deyil.

Xatırladaq ki, iyunun 12-dən 28-nə kimi ölkəmizdə keçirilən Avropa Oyunlarında milli komandamız 21 qızıl, 15 gümüş, 20 bürünc medalla ikinci pillənin sahibi olublar.

Onlara verilən mükafatlara gəlincə isə I yer tutan hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), bürünc medal qazanan hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), pul məbləği ayrılmışdı.



Bütün xəbərlər Facebook səhifəmizdə