Azərbaycan tarixən özünün nadir təbii sərvətləri ilə dünyanın diqqət mərkəzində olub. Ölkəmizdə elə sərvətlər var ki, dünyanın heç bir yerində belə nadir ehtiyatlar mövcud deyil. Bura bitkilərdən tutmuş, yeraltı sərvətlərimizə qədər çox sayda misal göstərmək mümkündür. Belə təbii sərvətlərimizdən biri də xüsusi müalicəvi effektə malik olan, dünyanın heç bir yerində çıxmayan Naftalan neftidir. Yüksək bioloji aktivliyi ilə seçilən Naftalan yağının şəfalı gücü hələ 600 il əvvəl məlum idi. Naftalan yağı dünyada yalnız bir yerdə, Gəncə şəhərindən 45 km aralıda, cənubdan, şərqdən və qərbdən dağlarla əhatə olunmuş dəniz səviyyəsindən 450 metr yüksəkdə olan Kiçik Qafqazın yamaclarında əldə olunur. Bu yerin quraq yayı və mülayim qışı ilə fərqlənən subtropik iqlimi var. Naftalan yağının mənşəyi haqqında bu günə əsas fundamental hesab edilən nəzəriyyə onun üzvi mənşəli olması və təqribən
50 milyon il ərzində yer təkində formalaşmasıdır. Hələ uzun illər öncədən bu ərazidə yerləşən Nafatalan nefti ilə müalicə sanatoriyasına dünyanın hər yerindən insanlar gəlirdilər. Ölkəmizin sürətli inkişafı sayəsində artıq Naftalan nefti ilə müalicə sahəsində ixtisaslaşdırılmış 5 ulduzlu otel də fəaliyyətə başlayıb. "SilkWay Travel" şirkəti ölkəmizdə turizmin inkişafına dəstək vermək, milli sərvətlərimizi, Azərbaycanın inkişafını dünyada daha da tanıtmaq, insanların yüksək səviyyədə istirahətini və müalicəsini təmin etmək məqsədilə məhz bu bölgəyə, yeni fəaliyyətə başlamış Naftalan yağı ilə müalicənin peşəkarlar tərəfindən həyata keçirildiyi "Garabag Resort &SPA" otelinə xüsusi turlar təşkil edir. Bu məqsədlə turizm şirkəti ilk olaraq sözügedən otelə jurnalistlərin turunu gerçəkləşdirib. "Garabag Resort &SPA" otelinin xüsusi özəlliyi burada dünyanın heç bir yerində olmayan Naftalan nefti ilə müalicənin xüsusi ixtisaslı həkimlər tərəfindən effektli şəkildə aparılmasıdır. Oteldə bu sahədə peşəkar tibb kollektivi fəaliyyət göstərir. Xüsusi gözəlliyə malik mehmanxanada bu sahədə lazım olan bütün avadanlıqlar mövcuddur. Müalicədən öncə insanlar mütləq peşəkar həkimlər tərəfindən müayinə olunur və bir neçə təhlilləri yoxlanılır. Burada Naftalan yağı ilə müalicədən başqa sauna, şarko duş, hamam, masaj otaqları, buz fəvvarə, krioterapiya, duzlu otaq, aromaterapiya, aroma kabinələr, fitoterapiya, üzgüçülük hovuzu, fizikiterapiya, cakuzi,
kardiologiya, sualtı axın, sidr çəlləyi, mineral hamam, laboratoriya, Naftalan vannası, dincəlmə sahəsi, müalicə otağı, ultrasonoqrafiya, inqalyator, hidroterapiya, əlillər üçün dəyişdirmə otağı, duş otağı və ayaqyolu fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, 5 ulduz otel xidmətləri yüksək səviyyədə müştərilərə təqdim olunur. Bütün otaqlarda lazimi avadanlıq yerləşdirilib və müştərilərin rahatlığı üçün istənilən şərait tam təmin olunub. Otaqların təmizliyi və minibar daim nəzarətdə saxlanılır. Burada açıq və qapalı baseynlər faliyyət göstərir, klassik canlı müsiqi, axşamlar isə diskoteka təşkil olunur. Oteldə Azərbaycan, Avropa, Türkiyə mətbəxindən yeməklər, pəhriz isveç masası təqdim olunur. "Garabag Resort &SPA" otelinin idman və əyləncə hissəsində fitnes mərkəzinin müalicəvi bədən tərbiyəsi, yoqa və pilates zalında qrup məşğələlərinə qoşulmaq və şəxsi məşqçi ilə işləmək olar. Güc və kardio tipli trenajorlarla təchiz olunmuş müasir trenajor zalında məşqlər formada qalmağa kömək edir. İdmanla təmiz havada məşğul olmaq istəyənlər üçün parkda xüsusi trenajor dayanacaqları təşkil olunub. "Garabag SPA&Wellness" hovuzlarında üzmək qonaqlara böyük həzz bağışlayır. İsti yay günlərində individual günlükləri olan rahat şezlonqlarla təchiz olunmuş üstüaçıq hovuz daha aktualdır. Oyunlar və su gimnastikası bir çox aktiv istirahət sevərləri cəlb edir, hovuzun yanındakı barda müxtəlif sərinləşdirici içkilər isə insanları istidə təravətləndirir. "Entera SPA"dakı üstübağlı hovuz kurort mövsümü bitdikdən sonra belə, istirahət vaxtını uzatmağa imkan verərək ilin istənilən vaxtı qonaqlara xidmət göstərir. Burada xüsusi çubuqlarla gəziş də təşkil olunur. Sahəsi 130000 m2 olan füsunkar park müxtəlif zaman müddətli gəzintilərə imkan yaradır. Məşğələlərin effekti 90%-a yaxın bədən əzələlərinin məşqi, ürək və ağciyərlərin işinin, tarazlıq və koordinasiya hisslərinin yaxşılaşmasından ibarətdir. Müəyyən, qeyd olunmuş marşrutlar üzrə piyada gəzinti (Terrenkur) üsulu ilə fiziki iş miqdarının tənzimlənməsi tətbiq olunan sanatoriya-kurort müalicə üsuludur. Piyada gəzinti vaxtı orqanizm möhkəmlənir, əzələlər arasında iş paylanır, ürək döyüntüsü artır, maddələr mübadiləsi güclənir. Parkda yerləşən böyük qolfun kiçik versiyası, həqiqətən çox sadə, kreativ, yeni və istənilən yaşda mümkün olan istirahət brendi və həyat üslubudur. Aktiv istirahət sevərlər üçün şam ağacları əhatəsində tenis kortu, voleybol və basketbol meydançaları yerləşir. Burada uşaqlar üçün oyun meydançası, ticarət və əyləncə mərkəzi, kitabxana, biznes mərkəzi və çayxana da fəaliyyət
göstərir. Oteldə Lobby Bar, Aperitive Bar, Piano Bar, Pool Bar, Vitamin Bar, Sports Bar mövcuddur. Otelin baş direktoru Orxan Kutluay SİA-ya bildirib ki, mehmanxananın fəaliyyətə başlaması həm insanların istirahəti, həm müalicəsi, həm bölgədə yeni iş yerlərinin yaradılması, həm də ölkə turizminin inkişafı baxımından önəmlidir. Onun sözlərinə görə, otelin işçi heyəti yerli sakinlərdən yığılıb və onlara peşəkarlar tərəfindən xüsusi təlimlər keçilib. O, oteldə Naftalan nefti ilə müalicənin yüksək səviyyədə aparıldığını, bu barədə ölkəmizlə yanaşı, bütün dünyada daha çox məlumatlandırma işləri həyata keçirməyə çalışdıqlarını qeyd edib. O. Kutluay Naftalan nefti ilə müalicədən başqa, buranın digər mehmanxalardan fərqli konsepti olduğunu, müştərilərə 5 ulduzlu otel kimi yüksək səviyyədə xidmət göstərdiyini vurğulayıb. O, oteldə olan otaqlar barədə məlumata verib: "Otelimizdə 24 "Club Room" mövcuddur. Bu otaqlar müasir formatlı dizaynda və sakitləşdirici rənglərlə işlənib, meşə və hovuza heyrətamiz görüntü açan fransız eyvanları var. Otağın ölçüsü 30 m2-dir. 64 "Deluxe Room" var ki, bu otaqların hər biri 35 m2-dir. Buranın eleqant mebel və şam ağacları əhatəsindəki atmosferdən, meşə və dağların füsünkar görünüşündən həzz almaq üçün 8 m2 ölçüdə şəxsi eyvanı var. 45 m2 geniş sahə və 9 m2 balkonla təchiz olunmuş 32 "junior" otaq mövcuddur. Buranın geniş açıq yataq otağı, gözəl görünüşlü oturma ərazisi və istirahət sahəsi var. Otaqlar təbii və gözəl işıqlar, 4 nəfərə qədər tək və ya qoşa yataqlarla təchiz olunub. Ümumi sahəsi 64 m2, qonaq otağı və yataq otağından ibarət olan 12 "Senior Suite" otağı isə 19 m2-lik, 4 nəfərədək yerləşə bilən eyvanla tam olaraq ev abu-havası təklif edir. Otaq rahat vanna ilə təchiz olunub. Bizim ailəvi nömrəmiz ümumilikdə 104 m2 olmaqla 3 otaq, 2 yataq otağı, divan və yemək masası olan 1 qonaq otağı, 2 ayrı hamam, 1 hamam küvetindən ibarətdir. Bu eleqant üsulla döşənmiş otaqların nəfəskəsən meşə və hovuz mənzərəli 29 m2 terrası var. Bura 6 nəfərə qədər ailə üçün əlverişlidir. Terrasda göyərtə stulları da mövcuddur. Qeyd edim ki, "Garabag Resort & Spa" oteli məhdud imkanlı şəxslər üçün də 100% uyğundur. İki ədəd dəqiq layihələnmiş otaq onların komfort və rahatlığı üçün bütün tələblərə cavab verir".
Qeyd edək ki, "Garabag Resort & Spa" otelində daim gülərüz işçi personalı peşəkar fəaliyyətləri ilə müştərilərin tam şəkildə komfortunu təmin edirlər. Sözügedən oteldə istirahət etmək və ya müalicə almaq istəyənlər üçün tez-tez əlverişli endirim kampaniyaları həyata keçirilir. "SilkWay Travel" şirkətinin "Garabag Resort & Spa" otelinə təşkil etdiyi turlarda müştərilər Gəncə Beynəlxalq Hava Limanında otelin əməkdaşları tərəfindən qarşılanır və xüsusi nəqliyyat vasitəsilə mehmanxaya gətirilir.
Nəzərinizə çatdıraq ki, "SilkWay Travel" şirkəti hava daşımaları satışının təşkili sahəsində aparıcı mövqelərə malikdir. Bundan əlavə, "SilkWay Travel" şirkətinin həm Azərbaycanda, həm də başqa ölkələrdə öz nümayəndəlikləri və satış məntəqələri var. Şirkətin fəaliyyəti beynəlxalq sərgilərdə bir çox diplomlara layiq görülüb. Hər il "SilkWay Travel" 10-15 min turistin xaricə səfərini təşkil edir və təbii ki, xaricdən bir o qədər qonaq qəbul edir. Bununla da şirkət təyyarə biletləri, otellərin bronlaşdırılması və sifarişi, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi və aeroporta çatdırma, viza dəstəyi, alpinizm, sağlamlaşdırıcı turizm, ovçuluq və balıqçılıq da daxil olmaqla, müxtəlif istirahət növləri üzrə turpaketlərin formalaşdırılmasını öz üzərinə götürür. Onlayn sistemlərdən istifadə edən "SilkWay Travel" Azərbaycan üzrə turist marşrutları paketini formalaşdıraraq, bu gün turizm operatoru kimi fəaliyyət göstərir. Başqa şirkətlərin də turizm məhsulları cəlb olunaraq, onların dünya bazarına çıxışına şərait yaradılır. "SilkWay Travel"in mənimsədiyi onlayn bronlaşdırma və turizm xidmətlərinin göstərilməsi üzrə texnologiyalara əsasən, şirkətin müştəriləri internet vasitəsilə onları ən çox maraqlandıran marşrutu seçə, otel, təyyarə reysi sifariş edə, avtomobil icarəyə götürə bilərlər və s. Həmçinin qeyd etmək lazımdır ki, bu xidmətlərin siyahısı durmadan artır. Hazırda "SilkWay Travel" şirkəti müştərilərinə həm Avstriya, İtaliya, Fransa, Yunanıstan, Türkiyə, İspaniya, BƏƏ, Hindistan, İsveçrəyə klassik turlar, həm də Bali adası, Keniya, Sentoza, Mavriki, Qoa kimi ekzotik yerlərə səfərlər təklif etməyə hazırdır. Macarıstan, Litva, Rusiya, Sloveniya, Ukrayna, Çexiyanın sanatoriya və kurortları "SilkWay Travel" şirkətinin müştəriləri tərəfindən xüsusi rəğbətlə qarşılanır. Eyni zamanda şirkət Azərbaycana səfər edən qonaqlara Bakı və Abşeronun tarixi abidələrini, Şəki saraylarını, Şabran qalasını, Naxçıvanın türbə və pirlərini, Quba bağlarını, Qəbələnin dağ və dərələrini, Lənkəranın əsrarəngiz meşələrini göstərməyə hazırdır.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə