Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in Koreya kinofestivalının açılış mərasimi ilə əlaqədar Gəncədə olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə şəhər rəsmiləri ilə keçirilən görüşdə qonaqların Gəncədə olmasından məmnunluq duyulduğu bildirilib. Həmçinin Koreya ilə Azərbaycan arasında yaranan qarşılıqlı əməkdaşlığın hər iki ölkənin inkişafında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Səfir Çoi Suk Birinci Avropa oyunlarında ölkəmizin əldə etdiyi uğurları yüksək qiymətləndirib. Qeyd edib ki, bu gündən Gəncədə başlıyacaq kinofestivalın da ilk filmi məhz idmana həsr olunub. "Əbədi an" adlı film 2004 –cü ildə keçirilən Yay Olimpiya oyunlarında iştirak etmiş Koreya həndbolçularının real həyatından bəhs edir.
Xatırladaq ki, kinofestival Gəncə ilə yanaşı beş şəhərdə keçiriləcək və hər şəhərdə bir həftə davam edəcək.
İlham Məmmədzadə


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB