Əhali fasiləsiz işıqla təmin olunacaq

FOTOLAR
Əhali fasiləsiz işıqla təmin olunacaq

Daşkəsəndə köhnə elektrik naqilləri də sipkabellərlə əvəzlənir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən Daşkəsən rayonunda 35/6 kilovotluq yarımstansiyanın tinkintisinə iyulun 1-dən başlanılıb. "Azərişıq" ASC tərəfindən inşa olununan yarımstansiyanın binası 70 kvm ərazidə tikilir. Burada işlər bu ayın axırına başa çatacaq və yarımstansiya 2200 abonentə fasiləsiz enerji vermək qabiliyyətinə malik olacaq. Rayonda həmçinin 20 gündür naqillərin sipkabellərlə əvəzlənməsinə də başlanılıb. 3 transfarmator məntəqəsini əhatə edən 2 min metrə yaxın kabel çəkilib və proses bütün rayonu əhatə edəcək. 8788 abonenti olan Daşkəsəndə mənzillər elektrontipli mexaniki sayğaclarla təmin olunub.

Xatırladaq ki, gündəlik olaraq rayona yay aylarında 70-80 min, qışda isə 100-120 min kilovot saat elektrik enerjisi verilir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə