Cənub bölgəsində çiyələk yığımı davam edir

Cənub bölgəsində çiyələk yığımı davam edir

Cənub bölgəsindəki çiyələk sahələrində məhsul yığımı davam edir. SİA-nın Cənub bürosunun məlumatına görə, fermerlər xaricdən gətirdikləri yeni sortlar sayəsində hələ bir neçə ay da bazarı keyfiyyətli məhsulla təmin edə biləcəklər. Nəticədə çiyələk sahələrindən məhsul yığımı əvvəlki kimi 3-4 ay deyil, 6 aya qədər davam edəcək. Lənkəranlı fermer Səxavət Əliyev bildirib ki, istər Cəlilabad, istərsə də Lənkəranın çiyələk sahələrində əvvəllər ənənəvi sortlar yetişdirən fermerlər artıq iyul ayında məhsul yığımını başa çatdırırdılarsa, lakin xaricdən gətirilən yeni sortlar sayəsində məhsul yığımı dekabrın əvvəllərinə qədər davam edəcək. Bu sortlardan əldə edilən məhsul keyfiyyəti ilə də seçilir.

Yeddi il məhsul verən yeni sortun səmərəli olduğunu deyən fermer hər 5-6 gündən bir məhsul topladıqlarını söyləyib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə