Günəş fizikası və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçirilib YENİLƏNİB-FOTOLAR
Bu gün Elmin İnkişaf Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə "Günəş və Günəş tipli ulduzların dəyişkənliyi:astroseysmologiyadan kosmik havaya qədər" beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan olan alimlər iştirak ediblər.
Konfransı açıq elan edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev konfransın ölkəmiz üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək deyib ki, son illər azərbaycanlı alimlər həm Günəş, həm də kosmik hava təsirləri üzrə intensiv tədqiqatlar aparırlar: "Bu istiqamətdə dünyanın bir sıra ölkələrindən olan alimlərlə əməkdaşlıq edirlər. Azərbaycan alimlərinin elmi məqalələri xarici jurnallarda dərc edilir, onların təcrübələrindən istifadə edilir. Bu da alimlərimizin dünya miqyasında tanınmasında böyük rol oynayır. Şamaxı Astrofizika Rəsədxanasında Günəş teleskoplarının modernləşdirilməsi, Kosmik hava mərkəzinin formalaşdırılması isə bu sahədəki inkişafdan, nailiyyətlərdən xəbər verir". Elçin Babayev həmçinin konfrans iştirakçılarına uğurlar arzu edib. Daha sonra Günəş fizikası və Günəş - Yer əlaqələri sahəsində ən son yenilikləri özündə əks etdirən məruzələr dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, 6-8 iyul tarixlərində davam edəcək kionfransın bir günü AMEA Nəsərəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında baş tutacaq. 2 gün davam edəcək konfransda Günəşin daxili qatlarını xüsusi nəzəri və eksperimental yollarla tədqiq edən modern elm sahəsi – helioseysmologiya/astroseysmologiya üzrə bir sıra mühüm məruzələr dinləniləcək. Günəşdə rəqslər və dalğalar, Günəşin yerüstü və kosmik üsullarla eksperimental tədqiqi, Günəş fəallığı, Günəş plazması, Günəş alışmaları, Günəş neytrino problemi, Günəş küləyi, Günəşin maqnit sahəsi və s. üzrə çıxışlar olacaq, müzakirələr aparılacaq. Bir neçə məruzə Günəş və kosmik şüalar fəallığının Yer üzərində iqlimin formalaşmasına, həmçinin texnoloji sistemlərə və insan sağlamlığına təsirinə həsr olunacaq.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



