İrakli Qaribaşvili: "Kimlərinsə təxribatçı hərəkətlərlə Azərbaycan-Gürcüstan dostluğuna xələl gətirməsinə imkan verməyəcəyik"
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili futbol üzrə Avropa Liqası çərçivəsində keçirilən "Dinamo" (Tbilisi) – "Qəbələ" (Azərbaycan) oyunundan sonra baş verən xoşagəlməz hadisə ilə bağlı xüsusi bəyanatla çıxış edib. İrakli Qaribaşvili deyib: "Azərbaycan dövləti və xalqı ilə strateji münasibətlər bizim üçün çox vacibdir. Gürcüstan hökumətinin rəhbəri kimi qəti şəkildə bildirirəm ki, kimlərinsə bu cür təxribatçı hərəkətlərlə Azərbaycan ilə dost münasibətlərimizə kölgə salmasına imkan verməyəcəyik".
Baş nazir Daxili İşlər Nazirliyinə hadisəni ətraflı araşdırmaq barədə tapşırıq verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB