"ABŞ-ın Azərbaycanda səfirinin ölkəmizə qarşı fəaliyyətinin genişlənməsi və rəsmi Vaşinqtonun Azərbaycan hakimiyyətini dəyişdirmək planını ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirir və buna etirazımızı bildiririk". SİA xəbər verir ki, bu sətirlər Milli QHT Forumunun bəyanatındandır.
Bəyanatda daha sonra deyilir: "Materiallara əsasən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və onun siyasi məsələlər üzrə müşaviri Syuzan Çesli yaxın bir neçə ay ərzində müxalifətin radikal qanadının bir çox üzvləri ilə ciddi görüşlər keçirib və bu ideyaların gerçəkləşməsi üçün ABŞ Dövlət Departamentinin Azərbaycan müxalifətinə maddi və mənəvi dəstək verəcəyi xüsusi olaraq vurğulanıb.
Amerikanın Azərbaycanda səfiri olaraq, Robert Sekuta Amerika ilə dostluq münasibətlərin ədalətli münasibət olaraq inkişafı etdirilməsi əvəzinə, ölkəmişdə sabitliyin pozulması məqsədilə müxalif qüvvələrə müxtəlif vədlər verməsi beynəlxaq hüquq prinsiplərinə zidd addım olmaqla yanaşı, ölkəmizdə sabitliyi pozmağa cəhd göstərən addım olaraq dəyərləndirilməlidir. Hesab edirik ki, Amerikanın Azərbaycanda səfirinin və onun siyasi məsələlər üzrə müşaviri Syuzan Çeslinin fəaliyyətləri Azərbaycan-Amerika münasibətlərinə gölgə salmaqla yanaşı, Azərbaycanda əmin-amanlığın pozulmasına cəhd kimi dəyərləndirirlir.
Sıralarında 658 QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq "ABŞ-ın Azərbaycanda gizli çevriliş planı"-na və dünya ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB